ÇL: "Qarabağ"ın potensial rəqibləri bilindi

  • Bu gün, 14:09

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub

Sportlife.az xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində dəqiqləşib.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv III təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkendiya"nı mübarizədən kənarlaşdırsa bilsə, növbəti raundda “Ludoqorets” (Bolqarıstan) – “Ferensvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-off matçları 19-20 və 26-27 avqustda təşkil olunacaq.


Paylaş: