SON! Qvardiola boşanır

  • Bu gün, 11:04

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola həyat yoldaşı Kristina Serra ilə boşanır.

Sportlife.az xəbər verir ki, cütlük ötən ilin dekabrında boşanmağı planlaşdırsa da, münasibətlərinə ikinci şans vermək qərarına gəliblər. Lakin bu da onların evliliyini xilas edə bilməyib.

30 illik münasibətə son qoyan əsas səbəb cütlüyün bir-birinə olan hislərinin soyumasıdır. Qvardiola daimi olaraq Mançesterdə, Serra Barselonada və Londonda yaşayır. Onlar yalnız bayramlarda və tətillərdə birlikdə vaxt keçirirlər.

Boşanma müqaviləsinin yaxın həftələrdə imzalanacağı gözlənilir.


Paylaş: