Oyunun ən yaxşısına 55 kq kartof verdilər

  • Bu gün, 13:35

"Senneryuska" klubunun futbolçusu Maksim Sulya Danimarka Superliqasının 3-cü turu çərçivəsində "Norşellan"la oyundan (3:2) sonra qeyri-adi hədiyyə alıb.

Sportlife.az xəbər verir ki, son matçda iki dəfə fərqlənən oyunçu komandasının 3:2 hesablı qələbə qazanmasına kömək edib. Maksim matçın ən yaxşı oyunçusu seçilib və klubun sponsorundan arabaya yüklənmiş 55 kiloqram kartof hədiyyəsi alıb.

"Senneryuska" 3 turdan sonra 4 xalla turnir cədvəlində 7-ci yerdədir.


Paylaş: