
"Qarabağ"ın oyununun yeri dəyişdirildi
Azərbaycan Premyer Liqasında VII turun proqramında III MDB Oyunları ilə əlaqədar dəyişiklik edilib.
Sportlife.az xəbər verir ki, oktyabrın 4-də Qəbələ şəhər stadionunda keçirilməli olan "Kəpəz" - "Qarabağ" matçı "Azersun Arena"ya təyin edilib.
MDB Oyunlarında futbol üzrə final matçı məhz eyni tarixdə Qəbələdəki əsas meydançada təşkil olunacaq. Ona görə də I dövrənin “Kəpəz – Qarabağ” oyunu ilə III dövrənin “Qarabağ” – “Kəpəz” oyunlarının yeri dəyişdirilib.
Beləliklə, Gəncə şəhər stadionu qış fasiləsindən sonra "Kəpəz"in ixtiyarına verilsə, yerli komanda XXV turun bu oyununu öz doğma arenasında keçirəcək. Təqvimə əsasən, həmin tur 20 - 22 martda gerçəkləşməlidir.
Qeyd edək ki, "Qarabağ" - "Kəpəz" oyunu saat 17:00-da başlanacaq.