"Braqa"dan "Qarabağ"a xoş mesaj

  • Dünən, 11:12

Portuqaliyanın “Braqa” klubu rəsmi Tiktok səhifəsində “Qarabağ”la bağlı paylaşım edib.

Sportlife.az xəbər verir ki, paylaşım UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunun “Benfika” - “Qarabağ” oyununa (2:3) həsr olunub.

“Benfika”lı futbolçunun matç bitdikdən sonra məyus halda çəkilən şəklini yayımlayan braqalılar onun üzərinə bu sözləri yazıb: “Qarabağ” Braqaya yox, Portuqaliyaya gələndə. Biz sizin üçün darıxmışıq”.

Xatırladaq ki, “Qarabağ” 2024-cü ildə Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə qarşılaşıb. Səfərdəki oyunda Ağdam təmsilçisi 4:2 hesabı ilə qalib gəlib, Bakıda isə uduzub (2:3). İki oyunun cəmində 6:5 hesabı ilə qalib gələn “köhlən atlar” növbəti mərhələyə yüksəlib.


Paylaş: