
Avropa çempionatı: İlham Zəkiyev finalda!
Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1, +95 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında finala yüksəlib.
Sportlife.az xəbər verir ki, o, 1/4 finalda moldovalı Oleq Kretulu məğlub edib.
Yarımfinalda türkiyəli Gökhan Biceri ipponla üstələyən Zəkiyev həlledici mərhələyə adlayıb.