"Qəbələ"nin anlaşdığı qapıçı sərhəddə saxlanıldı

  • Dünən, 14:41

“Dinamo” və “Şaxtyor”un sabiq qapıçısı Ukraynanı qeyri-qanuni tərk etmək istəyərkən sərhədçilər tərəfindən saxlanılıb.

Sportlife.az xəbər verir ki, Artur Rudko karyerasını Azərbaycanın “Qəbələ” klubunda davam etdirməyi planlaşdırırdı. Bu barədə "sport24.ua" saytı məlumat yayıb.

Ukraynalı qolkiperin sərhədi qanunsuz yolla keçməyə cəhd göstərməsi uğursuz nəticələndiyi üçün bu transfer baş tutmayıb və onun müqavilə imzalamaq şansı qalmayıb.

Rudko Ukrayna - Moldova sərhədini qanunsuz yolla keçməyə cəhd edərkən saxlanılıb. Qeyri-qanuni çıxışın təşkilatçısı isə bir “Telegram” kanalı olub. Qaçışda iştirak edən hər kəs 8 min dolları kriptovalyuta ilə ödəməli olacaq.

Rudkonun karyerasındakı son klubu “Çornomorets” olub. 33 yaşlı "əlcək sahibi" bu komandadan 2024/25 mövsümü bitdikdən sonra ayrılıb. Karyerası ərzində Artur həmçinin “Dinamo”, “Şaxtyor” və “Metallist”də çıxış edib. Qapıçı eyni zamanda Ukraynanın gənclər yığmalarında da oynayıb.


Paylaş: