
"Sabah" 3 xalı 2 qolla qazandı
Azərbaycan Premyer Liqasının V turunun növbəti oyun günündə “Sabah” və “Turan Tovuz” komandaları qarşılaşıb.
Sportlife.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.
Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi qarşılaşmada ilk qolu 56-cı dəqiqədə Masazır təmsilçisinin oyunçusu Velko Simiç vurub. Matça əlavə olunmuş 90+4-cü dəqiqədə isə “bayquşlar”ın kapitanı Pavol Şaftanko penaltidən fərqlənib.
Qeyd edək ki, turun bu gün baş tutan “Qəbələ” - “Kəpəz” qarşılaşması “qırmızı-qaralar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Digər oyunlarda "İmişli" "Karvan-Yevlax"ı 3:0, "Zirə" isə "Şamaxı"nı 2:1 hesabı ilə üstələyib.