
Səhv, yoxsa daha dərin səbəblər?
Azərbaycan Premyer Liqasının son turda “İmişli” ilə oyunda "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətovun topu öz qapısına göndərməsi azarkeşlərin və mütəxəssislərin diqqətindən yayınmadı. Bu, yalnız texniki səhv kimi qiymətləndirilə bilərmi? Yoxsa burada daha dərin səbəblər axtarmağa ehtiyac var? Bu suallar ictimaiyyət arasında getdikcə daha çox səslənir.
Yağışdan ağırlaşmış meydanda futbolçuların səhv etməsi mümkündür, amma uzun illər Premyer Liqada təcrübə qazanmış bir qapıçının bu qədər kobud xətaya yol verməsi ictimaiyyətdə şübhələrin yaranmasına səbəb oldu.
Qəti fikir bildirmək çətindir, lakin bu hadisə ictimaiyyətdə “təsadüf, yoxsa başqa səbəblər?” sualını gündəmə gətirir. Belə epizodların aydınlaşdırılması isə həm klub rəhbərliyinin, həm də federasiyasının marağında olmalıdır. Çünki yalnız şəffaflıq sayəsində Azərbaycan futbolu üzərində yaranan şübhələr aradan qalxa bilər.
Sportlife.az