
"Şamaxı"da daha bir ayrılıq
“Şamaxı” futbolçusu Murad Vəliyevlə yollarını ayırıb.
Sportlife.az xəbər verir ki, 23 yaşlı cinah oyunçusu ilə müqavilə yenilənməyib.
Vəliyev bu ilin yanvarından bölgə təmsilçisinin formasını geyinirdi.
Qeyd edək ki, “Şamaxı” bunadək Kamal Bayramov (karyerasını başa vurub), Fəxri Məmmədli, Maykl Tuik, Vasiliye Radenoviç, Vasiliye Bakiç, Leroy Mikels və Brahim Konate ilə yollarını ayırıb.