"Atalanta"nın yeni baş məşqçisi bilindi

  • Dünən, 18:46

"Atalanta"nın yeni baş məşqçisi müəyyənləşib.

Sportlife.az "Sky Italia"ya istinadən xəbər verir ki, Can Pyero Qasperininin klubu tək etməsindən sonra boş qalan post İvan Yuriçə tapşırılacaq.

Tərəflər arasında iki illik müqavilə imzalanacağı bildirilib.

49 yaşlı xorvatiyalı mütəxəssis 2024-cü ilin dekabrından "Sauthempton"u çalışdırırdı. Ancaq komandası aşağı liqaya düşdükdən sonra o, vəzifəsindən istefa verib.

Qeyd edək ki, İ.Yuriç daha əvvəl İtaliyada “Roma”, “Torino”, “Verona”, “Cenoa” kimi komandaları da çalışdırıb. “Atalanta” A Seriyasında 2024/2025 mövsümünü 74 xalla 3-cü pillədə başa vurub.


Paylaş: