"Arsenal"da yeni müqavilə

  • Dünən, 16:44

İngiltərənin “Arsenal” klubu braziliyalı futbolçusu Qabriel Maqalyaynsla yeni müqavilə imzalayıb.

Sportlife.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı müdafiəçi ilə yeni müqavilənin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, Braziliya millisinin üzvü 2020-ci ildə Fransanın “Lill” klubundan “Arsenal”a transfer olunub. O, “Topçular”ın heyətində ümumilikdə 210 oyun keçirib və 20 qol vurub.


Paylaş: