Mbappe rekordu yenilədi

  • Dünən, 12:12

"Real"ın hücumçusu Kilian Mbappe Fransa yığmasının tarixinə düşüb.

Sportlife.az xəbər verir ki, o, məhsuldarlıq baxımından millinin mütləq rekordçusu olub.

Millətlər Liqasının yarımfinalında İspaniyaya 4:5 hesabı ilə uduzan Fransanın heyətində Mbappe vurulan qollardan birinə imza atıb və bir ötürmə ilə yadda qalıb. O, yığmada 49 qol və 31 ötürmə məhsuldarlığını 80-ə yüksəlib. Kilian Tyerri Anrini (51 qol və 27 ötürmə) arxada qoyub.

Qeyd edək ki, fransalı forvard 2024/2025 mövsümünə görə çempionatların ən sərrast futbolçusunda verilən "Qızıl buts" mükafatını qazanıb.


Paylaş: