Şükürovun qarşısına şərt qoyuldu, İbrahimovla yollar ayrıldı

  • Bu gün, 12:12

“Kəpəz”in İdarə Heyətinin iclası keçirilib.

Sportlife.az xəbər verir ki, görüşdə İdarə Heyətinin sədri, üzvləri və baş məşqçi Adil Şükürov iştirak ediblər.

İclasda komandanın Premyer Liqanın ilk 3 turunda göstərdiyi nəticələr müzakirə olunub. Klub rəhbərliyi kollektivin hər 3 matçda məğlub olmasından narahatlığını ifadə edib və baş məşqçinin qarşısına növbəti 3 tur ərzində komandanı toparlamaq və xalların bərpa olunması hədəf olaraq qoyulub.

Bundan əlavə, iclasda bir sıra qərarlar qəbul olunub. Belə ki, Erkin İbrahimov şəxsi vəziyyəti ilə əlaqədar klubun işlərinə tam köklənə bilmədiyini bildirib və İdarə Heyətinin üzvlüyündən ayrılmaq istədiyini təkrar olaraq açıqlayıb. İdarə Heyətinin sədri müraciəti qəbul edib və nəticədə Erkin

İbrahimov üzvlükdən çıxarılıb. Digər struktur dəyişiklikləri barədə isə yaxın günlərdə məlumat veriləcək.


Paylaş: