Ehtiram Quliyevin hədəfi, Berdıyevin problemi

  • 1 Sentyabr 2025, 16:42

3 oyuna 6 xal toplayan "Turan Tovuz" mövsümə pis başlamayıb. Yalnız "Araz-Naxçıvan"la oyunda xal itkisi yaşanıb ki, bu da ümumi mənzərəni çox da pozmur. Tovuz təmsilçisi hazırda ən çox qələbə qazanan 4 kollektivdən biri olsa da, Kurban Berdıyev komandasının meydandakı oyun keyfiyyətini yüksəltməlidir. 

Statistikaya diqqət yetirdikdə görünür ki, hər iki qələbə minimal hesabla əldə olunub. Bu isə komandanın hücum potensialının zəif olduğunu göstərir. Çempionluğa iddialı klub ilk növbədə hücum xəttini gücləndirməlidir. Əks halda, komandanın çempionluq yarışında büdrəməsi qaçılmaz olacaq.

Qurban Berdıyev hücumların effektivliyini artırmağın yollarını axtarıb tapmalıdır. Qələbələrin sayını çoxaltmaq üçün qol imkanlarının daha yaxşı dəyərləndirilməsi şərtdir.

Ehtiram Quliyevin çempionluq hədəfi fonunda komandanın indiki oyun üslubu risklidir. Qurban Berdıyev bu hədəfə nail olmaq istəyirsə, oyun quruculuğuna yeni variantlar tətbiq etməlidir. Mövsümün davamında rəqiblərin müqaviməti artacaq və indiki minimal qələbələr kifayət etməyə bilər.

Sportlife.az


Paylaş: