İslandiya - Azərbaycan: Hakimlər bilindi

  • Bu gün, 14:40

DÇ-2026-nın seçmə mərhələsində İslandiya - Azərbaycan oyununu idarə ədəcək baş hakim Sander van der Eyk 2022-ci ildən UEFA turnirlərinə təyinat alır. 

Sportlife.az xəbər verir ki, 31 yaşlı ədalət təmsilçisi indiyədək Azərbaycan komandalarının matçlarında iş başında olmayıb. 

FIFA referisi karyerasında ikinci dəfə əsas milli komandaların seçmə mərhələ qarşılaşmasını idarə edəcək. O, ilk dəfə 2023-cü ildə AVRO-2024-ə vəsiqə uğrunda Slovakiya - Lixtenşteyn (3:0) görüşünə təyinat alıb. 

Niderlandlı hakim karyerası ərzində UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında təsnifat mərhələsinin qarşılaşmalarında iştirak edib.

Qeyd edək ki, İslandiya - Azərbaycan oyunu Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.


Paylaş: