
"Qarabağ" iştirak ərizəsini açıqladı
"Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsi üçün iştirak ərizəsini UEFA-ya göndərib.
Sportlife.az xəbər verir ki, Ağdam təmsilçisinin 8 turdan ibarət mərhələ üçün sifariş vərəqində 24 futbolçu yer alıb.
Pley-off mərhələsi ilə müqayisədə müdafiəçi Amin Rzayev heyətdən çıxarılıb. Onun əvəzinə yeni transfer Kamilo Duran hücumçu kimi sifariş olunub.
Zədəli olan Aleksey İsayev və daha bir yeni transfer Joni Montiel də Çempionlar Liqasından kənarda qalıb.
Qapıçılar: 1. Şahrudin Məhəmmədəliyev, 99. Mateus Koxalski, 97. Fabiyan Buntiç
Müdafiəçilər: 2. Mateus Silva, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 18. Dani Bolt, 81. Kevin Medina, 3. Sami Mmaee, 13. Bəhlul Mustafazadə
Yarımmüdafiəçilər: 27. Toral Bayramov, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 6. Kris Kuaku, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 32. Hikmət Cəbrayılzadə
Hücumçular: 17. Kamilo Duran, 11. Emmanuel Addai, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə
İdman.biz