Bölgə klubundan baş məşqçi qərarı

  • Dünən, 12:42

"Lənkəran" basketbol komandası baş məşçisi ilə müqavilənin müddətini uzadıb.

Sportlife.az xəbər verir ki, komanda belarusiyalı mütəxəssis Georgi Kondruseviçlə yola davam edəcək. Orxan Abbasov köməkçi məşqçi olacaq. O, məşqçilik ilə yanaşı həm də parketdə klubun  uğurları üçün çalışacaq.

Qeyd edək ki, Kondruseviçin rəhbərliyi altında "Lənkəran" ötən mövsümün mübarizə apardığı müntəzəm çempionatın B qrupunda 6-cı olub. Komanda  4 pley-in mərhələsində "Gəncə" ilə qarşılaşıb. Hər 2 matçda məğlub olan cənub təmsilçisi nübarizəni pley-ində tamamlayıb.


Paylaş: