
Azarkeş rekordlar kitabına düşdü
İsveçrəli "Liverpul" azarkeşi Florian Türler Ginnesin Rekordlar Kitabına düşüb.
Sportlife.az xəbər verir ki, "qırmızılar”ın sadiq azarkeşi 60 illik yubileyini qeyd etmək üçün Maqlingen futbol meydançasında 1047 forma kolleksiyası nümayiş etdirərək, bir klubun ən çox formasına sahib olmaq üzrə dünya rekorduna yiyələnib.
İsveçrəli əlli ildir "Liverpul" azarkeşidir. Onun kolleksiyasında 1950-ci ilin köynəkləri də mövcuddur.
Qeyd edək ki, Türler “Yanq Boyz”un keçmiş hücumçusudur.