
"Sumqayıt"da 3 müqavilə
"Sumqayıt" Basketbol Klubu heyətini komplektləşdirməyə davam edir.
Sportlife.az xəbər verir ki, klub ilkin mərhələdə ötən mövsümdəki heyətini qorumaq planını həyata keçirir.
Belə ki, oyunçular Zaur Quşanov, İsmayıl Əliyev və Murad Orucəliyevin növbəti mövsümdə də komandada çıxış edəcəyi dəqiqləşib.
Qeyd edək ki, İsmayıl və Murad ilk ildən heyətimizə cəlb olunubsa, Zaur isə ötən mövsüm "Neftçi"dən qoşulub.