
Çempionluq matçlarının vaxtı dəyişdi
İtaliya Futbol Fedarasiyası 2024/25 mövsümünün sonuncu - 38-ci turunun iki oyununun vaxtının mayın 25-dən 23-nə dəyişildiyini açıqlayıb.
Sportlife.az xəbər verir ki, “Komo” – “İnter” və “Napoli” – “Kalyari” matçları eyni vaxtda - saat 22:45-də başlayacaq.
"Napoli" A Seriyasında 37 oyundan sonra 79 xalla turnir cədvəlinə başçılıq edir. İkinci pillədə qərarlaşan "İnter"in isə 78 xal var.