
Türk azarkeşlər Berlində iğişaş törətdi
Almaniyanın paytaxtı Berlində "Qalatasaray" azarkeşləri çempionluğu qeyd edərkən iğtişaşlar törədib.
Sportlife.az xəbər verir ki, bazar günü İstanbul komandası "Kayserispor"u darmadağın edərək (3:0) mövsümün sonuna iki tur qalmış çempionluq titulunu təmin edib.
Matçdan sonra Kurfürstendamm bulvarına 2,5 minə yaxın futbol azarkeşi toplaşıb. Polis vəziyyəti nəzarətdə saxlamağa çalışsa da, fanatlar onlara pirotexniki vasitə, daş və butulka atıblar. 33 polis əməkdaşı yaralanıb, onlardan ikisi xəstəxanada müalicə olunub, dördü isə xidməti tərk etmək məcburiyyətində qalıb.