"Atletiko"da ayrılıq

  • Bu gün, 14:50

"Atletiko"nun vingeri Anxel Korrea Meksikanın "Tiqres" klubuna keçəcək.

Sportlife.az xəbər verir ki, artıq tərəflər arasında şifahi razılıq əldə olunub.

Tiqres təcrübəli futbolçunu 6 milyon avroya transfer edəcək.

2015-ci ildən "Atletiko"da çıxış edən Korrea bütün turnirlərdə 463 matçda meydana çıxıb, 87 qol vurub və 65 məhsuldar ötürmə verib.


Paylaş: