
Millimizin Ukrayna ilə oyunun yeri bilindi
Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi ev oyununun yeri və başlama vaxtı müəyyənləşib.
Sportlife.az xəbər verir ki, D qrupunun II turu çərçivəsində sentyabrın 9-da Bakıda təşkil olunacaq görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.
Matç saat 20:00-da başlayacaq.