Dyökereş "Arsenal"dan sərvət istəyir

  • Bu gün, 15:53

"Sportinq"in hücumçusu Viktor Dyökereş karyerasını İngiltərədə davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, "Arsenal" 26 yaşlı isveçli ilə müqavilə imzalamaqda maraqlıdır.

Futbolçu London klubundan həftəlik 240 min avro maaş istəyir. Belə olan halda o, klubda ən çox məvacib alan futbolçulardan birinə çevriləcək.

Dyökereş bu mövsüm "Sportinq"lə bütün turnirlərdə 50 matça çıxıb, 52 qol vurub və 13 məhsuldar ötürmə edib.


Paylaş: