"Real"ın qapıçısı sıradan çıxdı

  • Bu gün, 16:34

"Real"ın qapıçısı Andrey Lunin sağ əlindəki zədə səbəbindən La Liqanın XXXVI turunda "Malyorka" ilə oyunu buraxacaq.

Sportlife.az xəbər verir ki, qarşılaşma bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Cari mövsümdə Lunin bütün turnirlərdə 12 oyun keçirib və 4 matçda qapısını toxunulmaz saxlayıb. Onun "Real"la müqaviləsi 2030-cu ilin iyunun sonuna kimidir.


Paylaş: