"Barselona"da növbəti müqavilə

  • Bu gün, 11:07

"Barselona"nın hücumçusu Rafinya tezliklə Kataloniya klubu ilə müqaviləsini uzadacaq.

Sportlife.az xəbər verir ki, tərəflər arasında yeni müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub. İddiaya görə, hazırda tərəflər anlaşmanın son detallarını müzakirə edirlər.

Rafinyanın "Barselona" ilə hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

"Barselona" daha əvvəl baş məşqçisi Hansi Fliklə yeni müqavilə ilə bağlı razılığa gəlib.


Paylaş: