
Futbolçu meydana ağıllı saatla çıxı
"Mançester Yunayted"in hücumçusu Rasmus Höylund "Çelsi" ilə oyunun (0:1) ikinci hissəsinə qolunda ağıllı saatla çıxıb.
Sportlife.az xəbər verir ki, futbolçu cihazı sarğı ilə örtsə də, bu, hakimin diqqətindən yayınmayıb.
Qolunda saatla təxminən 5 dəqiqə oynayan danimarkalı sonra onu çıxarmaq məcburiyyətində qalıb.
Premyer Liqanın cari mövsümündə Höylund 31 oyunda 4 qol vurub. "Mançester Yunayted" isə 39 xalla turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.