Millimiz Sloveniya toplanışını başa vurdu

  • Bu gün, 14:42

Qızıl Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Sloveniyada təşkil olunan təlim-məşq toplanışı başa çatıb.

Sportlife.az xəbər verir ki, mayın 9-da Maribor şəhərində başlayan hazırlıq prosesində komandamız Sloveniya seçməsi ilə birgə məşqlər edib. Milli burada ABŞ-ın “Spartans” klubu ilə yoxlama oyunu keçirib və 4:0 hesablı qələbə qazanıb.

Komanda bu gün Sloveniyadan Yunanıstana yola düşüb. Buradakı təlim-məşq toplanışı mayın 24-dək davam edəcək. Millinin sözügedən ölkə də yoxlama oyunları keçirməsi nəzərdə tutulur.

Qeyd edək ki, yığma Qızıl Avropa Liqasında ilk oyunlarını Bakıda keçirəcək. Mayın 30-da və iyunun 1-də baş tutacaq bu görüşlərdə rəqiblər Macarıstan və Sloveniya komandaları olacaq.


Paylaş: