Emreli son matçda oynayacaqmı?

  • Bu gün, 14:13

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın "Nürnberq" klubundakı sonuncu matçına start heyətində başlayacaq.

Sportlife.az xəbər verir ki, bu barədə ölkənin məşhur "Kicker" nəşri məlumat yayıb.

Komanda mayın 18-də, Bakı vaxtı ilə saat 17:30-da "Ayntraxt" (Braunşveyq) komandasının qonağı olacaq.

Qeyd edək ki, azərbaycanlı oyunçunun "Nürnberq"lə müqaviləsi mövsümün sonunda başa çatacaq. Daha əvvəl II Bundesliqa təmsilçisi Emreli ilə yeni sözləşmə bağlamayacaqlarını açıqlayıb.


Paylaş: