
"Bayer"də şok ayrılıq
"Bayer"in baş məşqçisi Erik ten Haq postunu tərk edib.
Sportlife.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Buna Leverkuzen klubunun səhmdarlar komitəsi qərar verib.
Niderlandlı mütəxəssis iyulun 1-dən klubu çalışdırmağa başlayıb. Onun rəhbərliyi altında "Bayer" 3 oyun keçirib - 1 qələbə, 1 məğlubiyyət və 1 heç-heçə. Komanda hazırda 1 xalla Bundesliqada turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.