
De Bruyne DÇ-ni buraxacaq
"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne klublararası dünya çempionatında oynamaq istəmir.
Sportlife.az xəbər verir ki, zədələnmə ehtimalını nəzərə alan belçikalı futbolçu turnirə qatılmaq niyyətində deyil.
Onun "şəhərlilər"lə müqaviləsi mövsümün sonunda bitəcək.
Qeyd edək ki, klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.