
Buskets rəqibini yumruqla vurdu
"İnter Mayami" və "Sietl" arasında keçirilən Liqa Kubokunun final matçında insident yaşanıb.
Sportlife.az xəbər verir ki, gərgin keçən oyun zamanı futbolçular arasında mübahisə yaranıb və bu zaman Serxio Buskets Obed Varqasın üzünə yumruq vurub.
Zərbədən sonra meksikalı yerə yıxılıb. Lakin Buskets kobudluğa görə meydandan qovulmayıb.
Qeyd edək ki, "Sietl" 3:0 hesab ilə qalib gələrək Liqa Kubokunu qazanıb.