
Ederson "Fənərbağça"ya, Donnarumma "Siti"yə
PSJ-nin qapıçısı Canluici Donnarumma karyerasını "Mançester Siti"də davam etdirəcək.
Sportlife.az xəbər verir ki, sövdələşmə artıq başa çatıb və italiyalı qapıçı bu gün tibbi müayinədən keçəcək.
Razılıq bir neçə həftə əvvəl əldə olunsa da, “Siti”nin qapıçısı Edersonun “Fənərbağça”ya transferi razılaşdırıldıqdan sonra müqavilə bağlanıb.
26 yaşlı Donnarumma 2021-ci ildən Paris klubunda çıxış edirdi.