Futbolçuları "ağ yuyub, qara sərdi"

  • Bu gün, 18:28

İtaliyalı boksçu İrma Testa DÇ-2026-ya vəsiqə qazana bilməyən milli komandanı tənqid edib.

Sportlife.az xəbər verir ki, Tokio Olimpiadasının bürünc mükafatçısı, dünya və Avropa çempionu bunları söyləyib:

"Mən onların hamısından daha çox məşq edirəm, amma aşpazlarından və dayələrindən daha az qazanıram. Biz qalib gəlirik və ölkəni ləyaqətlə təmsil edirik, bu milyonçular isə yalnız kiməsə lağ edirlər. Hər məğlubiyyətdən sonra ölkə qarşısında məsuliyyət hiss edirəm. Və yenə də bilirəm ki, hamı futbol izləməklə məşğuldur".


Paylaş: