Kapello: "Bu, idman faciəsi, rüsvayçılıqdır"
Fabio Kapello İtaliyanın DÇ-2026-dan kənarda qalmasına reaksiya verib.
Sportlife.az xəbər verir ki, təcrübəli mütəxəssis bunları deyib:
"Bu, belə bir prestijə və tarixə malik bir komanda üçün qəbuledilməzdir. Bütün gecə yata bilmədim və hələ də baş verənlərə inanmıram. Söhbət dördqat dünya çempionu olan bir komandadan gedir. Bu, idman faciəsidir, rüsvayçılıqdır. Bu, İtaliya futbolunun yaxın tarixində başına gələn ən pis hadisələrdən biridir".
Qeyd edək ki, İtaliya pley-off finalında Bosniya və Herseqovinaya uduzub.