FIFA reytinqi: Millimiz irəlilədi

  • Bu gün, 17:12

FIFA milli komandalar üçün ilin ilk reytinq cədvəlini açıqlayıb.

Sportlife.az xəbər verir ki, “FIFA Series – 2026” beynəlxalq turnirinin qalibi olan Azərbaycan yığmasının mövqeyində dəyişiklik olub.

Bakıda keçirilən FIFA turniri çərçivəsində Sent Lüsiya və Syerra Leoneni məğlub edən Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv xallarını 1136.67-yə çatdırıb və 124-cü pilləyə yüksəlib.

Qeyd edək ki, reytinqə 1877.32 xalla Fransa millisi başçılıq edir. İkinci sırada son Avropa çempionu İspaniya (1876.40), üçüncü pillədə isə Aregentina (1874.81) yer alıb.


Paylaş: