FIFA referimiz AÇ-nin seçmə mərhələsində
FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.
Sportlife.az xəbər verir ki, o, 19 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin II raundunun 3 oyununda fəaliyyət göstərəcək.
Lütfəliyeva B qrupunun Kosovo – Moldova (12 aprel), Moldova – Litva matçlarının (18 aprel) baş hakimi,Kosovo – Litva (15 aprel) görüşünün ehtiyat hakimi olacaq. Digər referimiz Gülnurə Əkbərzadə isə hər 3 qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, oyunlar Litvanın Kaunas şəhərində keçiriləcək.