
"Milan"dan Premyer Liqa klubuna
"Bornmut" "Milan"ın müdafiəçisi Aleks Ximenesi 2026-cı ilin yayına qədər icarəyə götürüb.
Sportlife.az xəbər verir ki, 20 yaşlı futbolçu 2024/25 mövsümündə "Milan"ın əsas və gənclərdən ibarət komandalarında 46 oyunda 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun Milan klubu ilə 2028-ci ilin yayına qədər müqaviləsi var.
Transfermarkt futbolçunun dəyərini 15 milyon avro qiymətləndirir.