MY Antonini 25 milyona satdı

  • 1 Sentyabr 2025, 13:05

"Betis" Antoninin transferi üçün "Mançester Yunayted"lə razılığa gəlib.

Sportlife.az xəbər verir ki, transferin qiyməti 25 milyon avro olacaq, üstəlik "qırmızı şeytanlar" braziliyalı vingerin sonrakı satışının 50%-ni alacaqlar.

Antoni ötən mövsümün ikinci yarısında icarə əsasında "Betis"də çıxış edib və 26 matçda 9 qol vurub, 5 məhsuldar ötürmə edib.


Paylaş: