
Ramos müğənniliyə başladı
"Real"ın sabiq futbolçusu Serxio Ramos öz mahnısını təqdim edib.
Sportlife.az xəbər verir ki, mahnı Ramosun İspaniya klubundan ayrılmasına həsr olunub.
"Getmək istəmirdim, sənin üçün öldürməyə hazır idim. Sənin üçün tərimi, qanımı qurban verdim, sənin üçün əzab çəkdim. Amma hər şey məndən asılı deyil - uçmağımı tələb etdilər.
Ümid edirəm ki, səndə hər şey yaxşıdır və mən ayrılmaqda haqlı idim - çünki qarşılığında məni sevmirdilər. Bu, yuxu kimi idi, amma oyanmaq vaxtıdır".
Kompozisiya "Cibeles" adlanır.