Azərbaycan futbolu ilə bağlı daha bir idman proqramı fəaliyyətə başladı - VİDEO

  • 7 Avqust 2024, 11:46

Azərbaycan futbolu ilə bağlı daha bir idman proqramı fəaliyyətə başlayıb.

Sportlife.az xəbər verir ki, “IQ Sports Media və Marketinq Agentliyi”nin yeni media layihəsi “Tura baxış” start götürür.

Futbol üzrə Azərbaycan çempionatının hər turdan sonra matçların təhlili, məşqçi və futbolçuların yaddaqalan fikirlərinin müzakirəsi, meydanda və kənarda baş verən hadisələrin şərhi, bir sözlə, futbolumuza fərqli baxış məhz bu layihədə olacaq.

Yutubda yayımlanan proqramın artıq ilk bölümü geridə qalıb.


Paylaş: