"Qəbələ"dən yeni transfer

  • Bu gün, 17:29

"Qəbələ" klubu yeni transferini açıqlayıb.

Sportlife.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Qırmızı-qaralar" 27 yaşlı mərkəz müdafiəçisi Eduardo Kunde ilə anlaşıb.

Qeyd edək ki, braziliyalı oyunçu son olaraq İndoneziyada "Persis" komandasının formasını geyinib.


Paylaş: