Kapitan: "Qarabağ" güclü komandadır"

  • Bu gün, 18:36

“Qarabağ” güclü komandadır, amma bizim də keyfiyyətimiz var.

Sportlife.az xəbər verir ki, bu sözləri Şimali Makedoniyanın “Şkendiya” klubunun kapitanı Besart İbraimi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində evdə “Qarabağ”la keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Təcrübəli futbolçu komanda daxilində yüksək motivasiya və inamın olduğunu bildirib: “Biz öz gücümüzə inanırıq və inanırıq ki, bu yolu davam etdirəcəyik. Növbəti mərhələyə yüksəlmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, avqustun 5-də keçiriləcək “Şkendiya” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda oynanılacaq.


Paylaş: