
Çexiyalı hücumçu ilə uzunmüddətli müqavilə
"Bayer" hücumçusu Patrik Şiklə müqaviləni uzatdığını açıqlayıb.
Sportlife.az xəbər verir ki, tərəflər arasında yeni sözləşmə 2030-cu ilə qədər nəzərdə tutulub.
Çexiyalı futbolçunun "Bayer"lə əvvəlki anlaşması 2027-ci ilə qədər idi.
Şik ötən mövsüm Bundesliqada 31 oyuna 21 qol vuraraq çempionatın ikinci bombardiri olub.