Türkiyədən 3 medalla qayıdırlar
Türkiyənin Muğla şəhərində təşkil olunan kanoe və kayak üzrə “Bahar Kuboku” beynəlxalq reqatası başa çatıb.
Sportlife.az xəbər verir ki, komandamız yarışda uğurlu çıxışı ilə yadda qalıb.
1 nəfərlik kanoe qayığında 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində Hüseyn Səmədli iki kateqoriyada gümüş medala sahib olub. Hüseyn həm 1000 metr, həm də 500 metr məsafəyə yürüşdə ikinci yer tutub. Bir nəfərlik kanoedə 500 metr məsafəyə yürüşdə daha bir medala 2010-2011 təvəllüdlü idmançılar arasında Fəxri Məmmədli layiq görülüb. O, bürünc medal qazanıb.
Beləliklə Azərbaycan Su İdman Növləri Federasiyası “Bahar Kuboku”nu 2 gümüş, 1 bürünc medalla başa vurub.