Krivotsyukdan qələbə qolu

  • Dünən, 12:12

Cənubi Koreya çempionatında 28-ci turun oyunları keçirilib.

Sportlife.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” öz meydanında “Ximçxon Sanmu” ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. 26 yaşlı futbolçu matça start heyətində başlayıb və sona qədər meydanda olub.

O, görüşün 90+8-ci dəqiqəsində komandasına qələbə gətirən vacib qolu vurub.


Paylaş: