Ukrayna millimizlə oyuna ciddi itki ilə çıxacaq

  • Bu gün, 11:53

Ukrayna yığması DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla oyuna itki ilə çıxa bilər.

Sportlife.az xəbər verir ki, yarımmüdafiəçi Ruslan Malinovskinin qrupdakı ilk matçları buraxması gözlənilir.

Buna səbəb 32 yaşlı hücumameyilli oyunçunun zədədən əziyyət çəkməsidir. Millinin heyətində sonuncu dəfə ötən ilin oktyabrında meydana çıxan Malinovski əməliyyat olunub. Bu mövsüm tez-tez zədələnərək sıradan çıxan futbolçu cəmi 10 oyunda iştirak edib.

Zədə səbəbindən mövsümü başa vuran təcrübəli oyunçu ən yaxşı halda növbəti mövsümün əvvəllərində klubu “Cenoa”da məşqlərə başlayacaq. Uzun müddətdir yaşıl meydanlardan kənarda qaldığını, oyun praktikasından əziyyət çəkdiyini nəzərə alan Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov onu sentyabrda Fransa və Azərbaycanla qarşılaşmalara dəvət etməyi planlaşdırmır.

Qeyd edək ki, sentyabrın 5-də Fransanı qəbul edəcək ukraynalılar bundan 9 gün sonra millimizin qonağı olacaq.


Paylaş: