Yığmamız Gürcüstana yollandı

  • 1 Sentyabr 2025, 15:07

Azərbaycanın 17 yaşadək oğlan voleybolçulardan ibarət millisi III MDB Oyunlarına hazırlığı Gürcüstanda davam etdirəcək. 

Sportlife.az xəbər verir ki, komanda bu məqsədlə Tbilisi şəhərinə yola düşüb. Sentyabrın 10-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində yığma Gürcüstanın yeniyetmələrdən ibarət millisi ilə bir neçə yoxlama oyunu da keçirəcək.

Yeniyetmə oğlanlardan ibarət millinin baş məşqçisi Cahangir Seyed Abbasi təlim-məşq toplanışına 15 idmançı ilə yollanıb. 


Paylaş: