Daha bir potensial rəqib

  • Dünən, 18:04

Azərbaycanın bir klubla təmsil olunacağı Avropa Liqasında I təsnifat mərhələsinin daha üç iştirakçısı dəqiqləşib.

Sportlife.az xəbər verir ki, “Partizan”, “Levski” və “Priştina” qitənin ikinci dərəcəli klub turnirində mübarizə aparacaq.

Serbiya təmsilçisi püşkatmada səpələnmişlər sırasında yer alacaq. Digər iki komanda isə səpələnməyəcək. Bu isə o deməkdir ki, “Partizan” yenidən Azərbaycan klubuna mümkün rəqib olacaq. Bu turnirdə ölkəmizi ya “Zirə”, ya da “Sabah” təmsil edəcək.


Paylaş: